Onurğa yırtığı nədən yaranır

Son güncelleme: 03.07.2011 00:00
  • Boyun yırtığı nədən yaranır?

    Professor Bülent Önal bunun səbəblərini açıqlayıb

    Türkiyənin Siirt Dövlət Xəstəxanasının beyin sinir xəstəlikləri üzrə cərrahı, professor Bülent Önal son zamanlar ona mürəciət edən xəstələrin çoxunun boyun yırtığından əziyyət çəkdiyini bildirib.

    "Boyun yırtığına ən çox kompüter qabağında və kondisioner altında işləyən insanlar tutulur. Tibb aləmində çalışan adamlar da bu təhlükə ilə qarşı - qarşıyadır. Belə ki, saatlarla mikroskop altında əməliyyat edən beyin cərrahları da boyun yırtığı xəstəliyindən əziyyət çəkir", - deyə o əlavə edib.

    Önal, boyun yırtığı olanlara yatarkən hündür yastıqdan istifadə etməməyi, yanakı yatmağı məsləhət görüb.

    "Boyun yırtığının ən yaxşı müalicə üsulu gəzmək və üzməkdir. Həftədə 2 gün 30 dəqiqə isti suda üzmək əzələləri boşaldır, insanı rahatlaşdırır, ağrıları azaldır. Bu xəstələr 10-15 günə yaxşılaşa bilir", - deyə o bildirib.

    Alıntı..
#03.07.2011 00:00 0 0 0