Necati Şaşmaz yeni imici ilə təəccübləndirdi - FOTO

Son güncelleme: 07.07.2011 21:05
  • noimage

    "Qurdlar Vadisi" teleserialında Polad Ələmdar obrazını yaradan Necati Şaşmaz 1 həftə davam edən Bodrum tətilindən qayıdıb.

    Lent.az-ın "ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, İstirahətdən dönən Necati Şaşmaz yeni imici ilə pərəstişkarlarını təəccübləndirib.

    O, başına şlyapa qoyub, çiyninə çarpaz çanta taxıb, qısa saqqal buraxıb. Necati Şaşmazın bu imici fotokameraların obyektivindən də yayınmayıb.

    Qeyd edək ki, Necati Şaşmaz əvvəllər də teleserialda canlandırdığı xarakterlə gerçək həyat tərzi arasında hər hansı bağlılıq olmadığını vurğulayıb.
#07.07.2011 21:05 0 0 0