Bürclərə görə gəlinlər

Son güncelleme: 09.07.2011 18:19
  • noimage

    QOÇ : Qoç bürcündə gəlininiz varsa, işiniz çətindir. Çox çətin xasiyyəti var, hər işi özbaşına görər. Əgər həm qaynana, həm də gəlin Qoçdursa, demək bütün ömrünüz "mübarizədə" keçəcək.

    BUĞA: Gəlininiz Buğadırsa, oğulunuz da yaxşı bir matadordursa, deməli problem yoxdur. Amma pis matadordursa, o zaman bu gəlin haqqında bir az daha düşünün, vəssalam!

    ƏKİZLƏR : Xəbərdarlıq: İşiniz çətindir! Hər an fikrini dəyişə bilər. Səhər sizi sevib, axşam nifrət edə bilər. Hər şeydən tez bezər. Zəkasıyla qaynanasını yerlərdə sürüməyi bacara bilər.

    XƏRÇƏNG : Yumşaq xasiyyətli gəlindir. Sulugözdür. Bir anda ağlamağa başlayar. İnadkardır . Asan dost ola biləcəyinizi heç düşünməyin.

    ŞİR : Qızılı və özünü göstərməyi sevir. Hər şeyin özünün istədiyi kimi olmasından başqa bir şey düşünməz. Ailəsinə hətta ən kiçik müdaxilə edilməsini qəbul etməz.

    QIZ: İşləyəndirsə, evlənən kimi qaynanasından ayrı yaşamaq istəyəcək. Çünki evi ilə əlaqədar özünün istəkləri vardır. Təmizlik xəstəsidir. Palçıqlı ayaqqabılarınızla içəri girməsəniz, çox yaxşı dolana bilərsiniz.

    TƏRƏZİ: Tərəzi bürcünün tənbəl olma xüsusiyyətini daşıyan gəlindirsə, deməli, işiniz var. Ümumiyyətlə, ədalətli olmalarıyla tanınarlar, hamıya xoş niyyətlə yanaşırlar.

    ƏQRƏB : Ümumiyyətlə, "Mənim dediyim olmalıdır" şəklində ifadələri var. Qısqanclığıyla sizi xəstə edə bilərlər.

    OXATAN : Narahat olduğu dövrlər var. O dövrə tuş gəlsəniz, özünüzə diqqət yetirin, yaxşımı? Bəzən ağılınıza belə gəlməyən fədakarlıqlar edərlər.

    OĞLAQ: Zərif, xoş və maraqlı gəlin tipidir. Çalışqan və həqiqəti xoşlayandırlar. Ehtiraslarıyla istədiklərini əldə edərlər.

    DOLÇA : Çox romantik və praktik olduğu üçün yaxşı ev xanımıdır. Həyat yoldaşına sadiqdir. Dolça ilə gözəl bir evlilik olar.

    BALIQ-Doğrusu, bir az bezdiricidirlər. Pessimizm və romantiklik boğaza qədər gəlmişdir. Bir söz desəniz, o dəqiqə ağlamağa hazırdır.
#09.07.2011 18:19 0 0 0