Amerikada aparılan bir araşdırmaya görə sadəcə 20-40 dəqiqə sürətlə yerimək yaşlı insanlarda ölüm riskini 50 faiz aşağı salır
"Telegraph" qəzetində yer alan xəbərə görə 70-92 yaş arasındakı kişilərdə aparılan araşdırmada, tədqiqatçılar hər 2 dəqiqə edilən idman məşqlərinin ölüm riskini 10 faiz aşağı saldığını müəyyən ediblər. Vaşinqtonda və Kaliforniyadakı sağlamlıq mərkəzlərində çalışan həkim Peter Kokkinos Davamlı məşqlərin insan ömrünü bir neçə il uzatdığını söyləyib.
Barselonada təşkil olunan Avropa Kardiologiya Dərnəyi Konqresində, Kokkinos məşqlərə yavaş başlamağı və get-gedə artırmağı məsləhət görüb.