Nanə dodaqçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir. Hündürlüyü 50 santimetrdən 100 santimetrə qədərdir. Nanə mədəni bitkidir və Orta əsrlərin axırlarında ingilis botanikləri tərəfindən iki növ yabanı yarpız nanəsinin bir-birinə peyvənd edilməsi nəticəsində əldə edilmişdir.