Fincan kətəsi

Son güncelleme: 13.07.2011 06:44
  • Fincan kətəsi terifi - Fincan kətəsi terkibi - Fincan kətəsinin hazırlanması

    noimage

    İnqradientlər:

    (4 nəfər üçün)

    2 st. un
    1 st. ilıq su
    1 yumurta
    duz
    500 q çuğundur yarpağı
    1 soğan
    2 x.q. kərə yağı
    istiot
    duru yağ

    Unu ələyin. Ortasında çala açaraq duz tökün. Az-az ilıq su əlavə edərək yoğurun. Sonra yumurta əlavə edib yoğurmağa davam edin. Xəmiri dörd yerə bölüb üzərinə un səpin. Üzərinə yaş dəsmal sərib 30 dəqiqə gözləyin. Çuğundur yarpağını yuyub doğrayın. Kərə yağını bir tavada əridib xırda doğranmış soğanı qovurun. Çuğundur yarpağını əlavə edin. Suyu quruyana qədər qarışdıraraq bişirin. Duz, istiot vurub ocaqdan götürün. Kündələri yayın. Yuxanın yarı hissəsinə aralı-aralı içlik qoyun. O biri yarısını üzərinə qatlayın. Sonra bir fincan götürərək içlik olan yerlərə toxunmadan xəmiri kəsin (içlik fincanın altında qalmalıdır). Bol yağda qızardın.

    Nuş olsun..
#13.07.2011 06:44 0 0 0