Mürəbbə bişirmək üçün xırda gavalıyaoxşar pomidorlar götürülür. Pomidorlar 5-8 saniya qaynayan suya salınıb dərhar soyuq suda soyudulur və qabığı təmizlənir. Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir. 4-cü günü isə mürəbbə hazır olana kimi bişirilir. Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.Nuş olsun...