Azərbaycanın xalq artisti Flora Kərimova iki gözündən də əməliyyat olunacaq.
Milli.Az xəbər portalının məlumatına görə, əməliyyatın səbəbi müğənninin gözündə olan bəzi problemlərdir:
"Bəli, əməliyyata hazırlaşıram. Artıq Dilqəm həkimlə danışmışam. Əməliyyatın səbəbi gözümdə olan problemdir. Məhz o problem ucbatından mən eynəkdə gəzirəm. Uzun zamandır əməliyyat keçirməyi düşünürdüm. Amma hər zaman da Dilqəm bəyə verdiyim sözə əməl edə bilmirdim.
İndi həkim dedi ki, gəlirsiniz və mən sizi buraxmıram. O, bir dəfə mənim sol gözümü çox uğurla əməliyyat edib. Buna görə də ona çox güvənirəm. Gözümün əvvəlki halına qayıdacağına inanıram. Çünki özümü etibar etdiyim həkim böyük mütəxəssisdir".
Flora Kərimova bizimlə danışarkən qeyd etdi ki, o, indi yasdadır. Onun qardaşının həyat yoldaşı dünyasını dəyişib. Əməliyyata isə yalnız onun 40 mərasimini verdikdən sonra, yəni ayın 26-sı yollanacaq.