Hicablı qadınlar üçün çimərlik açılır

Son güncelleme: 21.07.2011 14:45
  • noimage

    Türkiyənin Konya vilayətinin Bəyşəhər qəsəbəsində ən böyük şirin su gölü olan Bəyşəhər gölündə hicablı qadınlar üçün çimərlik salınır.

    Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, modaçı Davut Şəkər göldə inşa etdirdiyi istirahət mərkəzinin ardınca, hicablı qadınlar üçün də çimərlik açmaq üçün fəaliyyət başlayıb.


    Çimərlikdə təxminən 15-20 min nəfər istirahət edə biləcək. Bu çimərlik Türkiyədə hicablılar üçün açılan ilk istirahət mərkəzi olacaq.


    Çimərliyin önümüzdəki günlərdə istifadəyə veriləcəyi gözlənilir.

    Lent.az
#21.07.2011 14:45 0 0 0