Tarixdə Bu gün — 22 iyul

Son güncelleme: 22.07.2011 12:29
  • Tarixdə Bu gün — 22 iyul

    22 iyul. İlin sonuna 162 gün qalır.

    1790. Fransada kilsə əmlakı milliləşdirilib

    1822. Çex bioloq, genetika elminin banisi Qreqor Mendel anadan olub

    1875. Bakı qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr edilib. Qəzet nəşri üçün lazım olan şriftləri baş redaktor Həsən bəy Zərdabi öz hesabına İstanbuldan gətirib. Bu tarix milli mətbuatın başlanğıcı hesab edilir

    1887. Alman fizik Qustav Hers anadan olub

    1928. Azərbaycan SSR MİK və XKS məcburi qaydada yeni - latın qrafikalı əlifbaya keçilməsinə dair dekret verib

    1944. Beynəlxalq Valyuta Fondu təsis edilib

    1946. "İrqun" yəhudi hərbi təşkilatının Yerusəlimdə oteli partlatması nəticəsində 91 nəfər həlak olub

    1946. Fransız müğənni Mirey Matye anadan olub

    1960. Kuba ABŞ-a məxsus şəkər zavodlarını milliləşdirib. Şəkərin SSRİ-yə ixracı başlayıb

    1994. Qambiyada dövlət çevrilişi baş verib. Kapitan Yəhya Əbdül Cameh hakimiyyəti ələ keçirib

    1999. Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişi imzalanıb

    2003. Səddam Hüseynin oğlu Uday və Husay Mosulda ABŞ bombardmanı nəticəsində həlak olub.
#22.07.2011 12:29 0 0 0