Eurovision-2012 mahnı müsabiqəsinin biletlərinin dekabrda satışa çıxarılacağı gözlənilir

Son güncelleme: 23.07.2011 11:33
  • Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" musiqi yarışmasının biletlərinin dekabr ayının sonlarında satışa çıxarılacağı gözlənilir. SİA-nın müsabiqənin Azərbaycan üçün rəsmi fan-klubu olan "Ogae Azerbaijan"ın saytına istinadən verdiyi məlumata görə, bilet satışına dekabrın sonları, yanvarın əvvəllərində başlanması nəzərdə tutulur.


    Saytda bildirilib ki, biletlərin satışına start verilməsi ilə bağlı söz-söhbətlər yalandır: "Bakı əhalisinin nəzərinə çatdırmaq istəyirik ki, bu cür informasiyalara inanmasınlar. Konsertlərə biletlər, eləcə də Ogae zona üçün səhnənin qarşısında nəzərdə tutulan yerlərin satışına dekabrın sonları, yanvarın əvvəllərində başlanılması planlaşdırılır".
#23.07.2011 11:33 0 0 0