Azərbaycan prezidenti İlham Əliyev Norveç Kralı Əlahəzrət V Haralda iyulun 22-də Norveçdə baş verən hadisələrdə ölənlərdən dolayı başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: "Oslo şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"