Havanın temperaturu düşəcək

Son güncelleme: 24.07.2011 02:26
  • noimage

    Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağacağı ehtimal olunur

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə iyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

    Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sabah gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 34-38 dərəcə isti təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

    Həmçinin, yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, temperaturun ötən günlə müqayisədə 2-3 dərəcə aşağı enəcəyi gözlənilir.

    Qaynaq:Lent.az
#24.07.2011 02:26 0 0 0