Elmar Məmmədyarov GUAM-ın baş katibi ilə görüşüb

Son güncelleme: 24.07.2011 02:29
  • noimage

    Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün GUAM-ın baş katibi Valeriy Çeçelaşvilini qəbul edib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı tərəflər münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıb.

    Elmar Məmmədyarov və Valeriy Çeçelaşvili iqtisadi, humanitar, turizm, nəqliyyat və GUAM-ın beynəlxalq təşkilatlarla münasibətləri ilə bağlı məsələləri də müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    Qaynaq:Lent.az
#24.07.2011 02:29 0 0 0