Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevlə görüşüb
Qırğızıstandakı müvəqqəti hökumətin təmsilçiləri ölkədəki böhranın aradan qaldırılması üçün prezident Kurmanbek Bakiyevlə görüşüb
.
Lent.az-ın Tükiyə mediasına istinadən məlumatına görə, ATƏT-in bölgəyə səfər edən nümayəndəsi Canibek Qəribcanov jurnalistlərə açıqlamasında bildirib ki, müvəqqəti hökumət müzakirələrə hazırdır və bu istiqamətdə ilk addım ötən gecə atılıb.
Qəribcanov dünən gecəki danışıqların nəticələri barədə heç nə deməyəcəyini ifadə edib və "Ən önəmlisi prosesi başlanmasıdır", - deyib.
ATƏT təmsilçisi müvəqqəti hökumətin yetkililəri ilə təmasda olduğunu, ancaq Bakiyevlə hələ görüşmədiyini deyib.