Qırğızıstan hökuməti Rusiyadan qoşun çağırdı

Son güncelleme: 12.06.2010 13:57
  • noimage



    Qırğızıstanın müvəqqəti hökuməti Rusiyadan ölkəyə sülhməramlı qüvvələr göndərilməsini xahiş edib.

    Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, müvəqqəti hökumətin başçısı Roza Otunbayevanın Rusiya hökumətinə müraciət etdiyi bildirilib. Müraciətdə iyunun 11-dən etibarən Oş şəhərində vəziyyətin nəzarətdən çıxdığı və nəzarəti bərpa etmək üçün xarici qüvvələrə ehtiyac olduğunu söyləyib: “Mən artıq Rusiya Prezidenti Dmitri Medvedyevə müraciət məktubunu imzalamışam”.

    Qeyd edək ki, Etnik özbəklər və qırğızlar arasında toqquşma iyunun 10-da 11-nə keçən gecə başlayıb. Toqquşma zamanı çoxlu sayda mağaza, bank, iş yerləri , avtomobillərə ziyan dəyib. Müvəqqəti hökumətin qərarı ilə bölgədə fövqəladə vəziyyət elan edilib. Axşam saat 6-dan səhər saat 6-ya qədər kommendant saatı tətbiq edilir.


    Oş vilayətinin əhalisinin 40 faizini özbəklər, 60 faizini isə qırğızlar təşkil edir.
    LENT.AZ
#12.06.2010 13:57 0 0 0