D vitamini 60 yaşından yuxarı kişilərdə beynin funksiyasını yaxşılaşdırır...
İngiltərədəki Mançester Universitetindən olan elm adamları Avropalı həmkarlarıyla 40-79 yaşındakı 3 mindən çox kişinin beyin funksiyası ilə D vitamini arasındakı əlaqəni araşdırıblar.
Mütəxəssilər, bədənində yüksək nisbətdə D vitamini olan kişilərin diqqət və cavab bacarıqlarına söykənən sadə nevropsixoloji testdə daha müvəffəqiyyətli olduqlarını aşkarlayıblar.
Ancaq elm adamları yüksək nisbətdə D vitamini və beynin yaxşı işləməsi arasındakı bağın 60 yaşından yuxayı kişilərdə daha nəzərə çarpan olduğu nəticəsinə gəliblər. "Journal of Neurology, Neurosurgery and Psychiatry" jurnalında nümayiş olunan araşdırmanın nəticələndirərinin beynin yaşlanmasıyla mübarizə aparmaq sahəsində böyük rolu ola biləcəyi vurğulandı. Hollandiyalı elm adamlarının keçən il apardığı araşdırma da, D vitamini çatışmazlığının yaşlılarda depressiya riskini və ya başqa psixoloji problemləri artıra biləcəyini sübut edib.