Tanınmış aktyor 7-ci dəfə evlənir

Son güncelleme: 24.07.2011 22:58
  • Tanınmış aktyor 7-ci dəfə evlənir - Tanınmış aktyor Yalçın Bulud

    noimage


    İyulun 25-də Hüseyn Avni Danyalın toyudur

    Türkiyənin məşhur aktyoru, Azərbaycan tamaşaçısının "Kurtlar Vadisi Pusu" serialında Yalçın Bulud, "Kızım Nerede" serialında Zəfər obrazıyla tanıdığı Hüseyn Avni Danyal iyulun 25-də ailə həyatı quracaq. Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" serialında "Ağsaqqallar"ın Davud Tataroğlunun yanına yerləşdirdiyi casus, "Kızım Nerede" serialında isə qızı itkin düşmüş aqressiv ata kimi ziddiyyətli obrazları canlandıran Danyal daha əvvəl 6 dəfə ailəli olub. Aktyor bir müddəətdir birlikdə olduğu Özgen Kılıçaslanla həyatını birləşdirəcək. Cütlüyün toyu Baltalimanı "Portaxe"də olacaq.

    Müəllif: Maykl
#24.07.2011 22:58 0 0 0