Ramiz Rovsen

Son güncelleme: 25.07.2011 21:19
  • noimage

    .Divin canı şüşədə olduğu kimi hər bir xalqın canı da onun dilində və ədəbiyyatındadı...


    Ramiz Rövşən 1946-cı il,16 Dekabrda Bakının Əmircan kəndində anadan olub. Ramiz Rövşən Suraxanı rayonundakı orta məktəbdə təhsil alıb. Kinodramaturq 1964 - 69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1976 - 78-ci illərdə isə Moskva ali ssenari kurslarını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1971-ci ildə "Mozalan" satirik kinoyurnalı studiyasında redaktor, 1974 - 75-də kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979 - 87-də ssenari redaksiya heyətinin üzvü, 1987 - 92-də kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir. Yazıçı R.Rövşənin ssenariləri əsasında çoxlu bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ, Almaniya, İngiltərə, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.



    Daş gərək bezməsin öz bərkliyindən,
    Bayquş da bezməsin öz təkliyindən.
    Tanrı özü yazıb yazılanları,
    ha pozmaq istesen -
    bir xeyri yoxdu. Demə: "Balıq deyil su ilanları...",
    sevin ki, onların zəhəri yoxdu.
    Hamı söz çıxarır sözün içindən,
    şair öz sözündən bezməsin gərək.
    Demə: "Göz dünyanı görmək üçündü...",
    kor da öz gözündən bezməsin gərək.
    ...Bu köhnə sözlərə
    kimdi o gülən? Hanı təzə sözün, atam balası?!
    Allah bu dünyadan bezmirsə hələ,
    Bəndə niyə bezsin, atam balası?
    Daha dil deməyən bir söz qalmayıb;
    Nə təzə dərdim var, nə təzə sözüm.
    Demə: "Yaşamağa həvəs qalmayıb...",
    Mənim ölməyə də yoxdu həvəsim.
    Çoxları bəyənmir, yemir sözümü,
    nə çixar un kimi söz ələməkdən?
    Burdan yamayırsan, ordan süzülür,
    əl çək bu dünyanı təzələməkdən.
    Bu köhnə dünyadı; elə-beləcə
    gördüyün kimidi, özgə cür deyil.
    Hamı ööz ömrünü alıb-verecək,
    hamı al-verdədi, kim tacir deyil?!
    Ana sevgisinə, ata gücünə
    havayı aldığın ömrü baha sat.
    Aldanma heç kimə, satma heç kimə,
    satsan, öz ömrünü sən Allaha sat!..
    Amma Allaha da satma sözünü,
    demə ki, satdıəın varaqda sözdü.
    Allah necə alsın özü-özünü,
    Allahın CANI yox,
    Allah da SÖZDÜ!..
    Nə çoxdu dik gəzib
    ucuz söz satan, Nə çoxdu yendirən ayağa
    sözü.
    Sən özün tapdana-tapdana,
    atam, Necə çatdırmısan Allaha sözü?!
    Allahı dünyayla barışdırmısan,
    qıraqda gəzməsin gözün Allahı, Dünyanı
    Allahla bölüşdürmüsən;
    Allahın qulusan,
    SÖZÜN ALLAHI...

    Müəllif: Ramiz Rovsen
#25.07.2011 21:19 0 0 0