Tarixdə bu gün - 26 iyul

Son güncelleme: 26.07.2011 22:33
  • Tarixdə bu gün - 26 iyul

    noimage

    26 iyul. İlin sonuna 158 gün qalır.

    1789. Sərkərdə Abbas Mirzə Qacar anadan olub

    1847. Afrika koloniyaları arasında ilk dəfə Liberiya müstəqilliyini elan edib

    1891. Fransa Haitini işğal edib

    1938. "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan Xalq Maarif Komissarlığı kütləvi mədəni-maarif işlər şöbəsinin rəhbəri Gülarə Qədirbəyova antisovet təbliğatda ittiham olunaraq həbs edilib. Gülarə xanımın sonrakı taleyi məlum deyil

    1951. Türkiyədə neft tapılıb

    1952. Misir kralı Faruk taxtdan salınır və yerinə onun 7 aylıq oğlu Fuad keçir

    1953. Kubada inqilabi hərəkat başlayıb. İnqilab lideri Fidel Kastro həbs edilib

    1956. Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalının milliləşdirilməsi haqqında qərar verib

    1957. SSRİ ilk dəfə qitələrarası ballistik raketi sınaqdan çıxarıb

    1963. Yuqoslaviyada zəlzələ nəticəsində 1100 nəfər həlak olub, 100 000 insan evsiz eşiksiz qalıb

    1994. Boris Yeltsin rus qoşununun Estoniyadan çıxarılması haqqında qərarı ratifikasiya edib. Digər bir qərarla hər iki ölkənin sərhədləri qarşılıqlı olaraq tanınıb

    1994. Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb

    1994. Ermənistan və Azərbaycanın müdafiə nazirləri atəşkəs rejiminə əməl etmək barədə öhdəlik imzalayıblar

    1995. Yazıçı İsmayıl Şıxlı vəfat edib.
#26.07.2011 22:33 0 0 0