Bu gün dəniz suyunun temperaturu 30 dərəcə olacaq

Son güncelleme: 31.07.2011 01:45
  • noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 31-nə olan hava haqqında məlumatı açıqlayıb.

    Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

    Qeyd edək ki, avqust ayının 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi, Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

    Qaynaq:Lent.az
#31.07.2011 01:45 0 0 0