Tarixdə bu gün - 31 iyul

Son güncelleme: 31.07.2011 19:10
  • Tarixdə bu gün - 31 iyul

    noimage

    31 iyul. İlin sonuna 153 gün qalır.

    1914. Fransız aktyor Lui de Fünes anadan olub

    1918. Bakı Soveti öz səlahiyyətlərindən imtina edib. Bu fakt həmən dövrdə bolşevik-daşnak hakimiyyətinin Azərbaycanda heç bir dayağa malik olmadığını göstərir

    1919. Almaniyada "Veymar Konstitusiyası" qəbul edilib

    1944. Fransız yazıçı, pilot Antuan de Sent Ekzüperi döyüş uçuşunu keçirərkən itkin düşüb. Onun "Balaca şahzadə" əsəri Azərbaycan dilinə tərcümə olunub (Əziz Gözəlov və Yaqut Qurbanova)

    1953. Sovet kimyaçısı Nikolay Zelinski vəfat edib. Zelinski neft kimyası sahəsində tədqiqatları və əleyhiqazın ixtiraçısı kimi tarixə düşüb. Onun tələbələri arasında akademik Yusif Məmmədəliyev də var.

    1965. İngiltərədə televiziyada siqaret reklamı qadağan edilib

    1987. İranlı zəvvarlarla yerli polisin toqquşması Həcc ziyarəti zamanı 400-dən çox insanın ölümünə səbəb olub

    1991. Erməni terrorçular Moskva-Bakı qatarını Mahaçqala yaxınlığında partladıb. Çox sayda insan həlak olub və xəsarət alıb

    1992. Azərbaycan ESCAP-a (BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası) üzv qəbul edilib

    1991. SSRİ və ABŞ arasında strateji silahların ləğvinə dair saziş imzalanıb

    1996. Ziya Məmmədov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib

    1997. Azərbaycan və ABŞ arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında Bəyanat imzalanıb.
#31.07.2011 19:10 0 0 0