Tarixdə bu gün - 1 avqust

Son güncelleme: 01.08.2011 12:43
  • Tarixdə bu gün - 1 avqust

    -----------------------

    1 avqust. İlin sonuna 152 gün qalır.

    Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü" elan edilib.

    1291. İsveçrə Federal Paktının imzalanması İlə İsveçrə Konfederasiyası təşkil edilib. Bu tarix İsveçrədə milli bayram kimi qeyd edilir
    1473. Malatyada Uzun Həsən və Osmanlı Sultanı II Mehmedin qoşunları arasındakı döyüşdə osmanlılar məğlub olub
    1744. Fransız bioloq Jan Batist Lamark anadan olub
    1780. İsveçrə "daimi neytrallığını" elan edib
    1914. Almaniya Rusiyaya qarşı müharibə elan edib
    1918. Bakıda Sentrokaspi Diktaturası və Fəhlə, əsgər deputatları sovetinin müvəqqəti icraiyyə komitəsi birgə hökumət təşkil edib. Lakin bu hökumətin varlığı uzun sürməyib
    1939. Sovet İttifaqı Qəhrəmanı fəxri adı təsis edilib
    1944. Faşist qoşunlarına qarşı Varşava üsyanı başlayıb
    1960. Kinoşünas Ayaz Salayev anadan olub
    1961. Bəstəkar Qəmbər Hüseynli vəfat edib
    1975. Helsinkidə sülh və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da ATƏM (indiki ATƏT) təşkil edilib
    2001. Azərbaycanda bütün nəşriyyat işləri və yazışmalar latın qrafikasına keçirilib
    2009. Azərbaycanın bütün hərbi attaşeləri Bakıya çağırılıb...
#01.08.2011 12:43 0 0 0