Ov quşu ilə plov

Son güncelleme: 03.08.2011 09:19
  • Ov quşu ilə plov

    noimageOv quşu (qırqovul, kəklik, və ya turac) - 330q, düyü - 120q, ərinmiş yağ - 40q, kişmiş - 30q, zoğal axtası - 20q, qaysı - 25q, şabalıd - 50q, zəfəran - 0,1q, duz.

    Emal edilmiş ov quşu yarımhazır olana qədər bişirilir. Soğan yağda qızardılır, ona kişmiş, xırda doğranmış meyvə qurusu və şabalıd əlavə edilir. Sonra bunlar quşun içərisinə doldurulur. Düyüdən adi qaydada plov bişirilir, içi doldurulmuş duş təmiz tənzifə bükülür və qazanda düyünün altına yerləşdirilib dəmə qoyulur. Süfrəyə verilən zaman boşqaba düyü çəkilib üstünə qiymələnmiş duş əti qoyulur və yağ tökülür. Qiymələnmiş cücə plov da bu üsulla hazırlanır.

    Nuş olsun..
#03.08.2011 09:19 0 0 0