Kivi mürəbbəsi

Son güncelleme: 21.08.2011 19:37
  • kivi mürəbbəsi ve hazırlanması

    noimage

    Birinci üsul

    Tərkibi:

    1 kq kivi
    1 kq şəkər tozu
    2 ədəd limon
    250 q su

    Kivinin qabığını soyub dilimləyin. Enli ləyənə su töküb ocağın üstünə qoyun, şəkər tozu əlavə edin, qarışdıraraq əridin. Su qaynayıb şəkər tozu əriyən kimi qazı söndürün. Kivi dilimlərini siropun içinə düzüb bir gecə saxlayın. 2 limonun şirəsini çıxararaq buraya əlavə edin. Sabahı gün ləyəni çox iti odun üzərinə qoyun. Qaynara düşən kimi ocağı azaldıb 15 dəqiqə bişirin. Sonra qazı söndürüb axşama kimi mürəbbəni saxlayın. Axşam və o biri gün səhər proseduru eynilə təkrar edin. Belə edəndə dilimlər bütöv qalır.

    İkinci üsul

    Tərkibi:

    1 kq kivi
    1 limon
    1 limonun şirəsi
    900 q şəkər tozu

    Limonu fırça ilə tərtəmiz yuyub nazik dilimləyin. 100 q şəkər tozu və 100 ml su ilə birlikdə qazana qoyun.
    Kivinin qabığını təmizləyib həlqə doğrayın və limon olan qazana qoyun. Limon şirəsi və qalan şəkər tozunu da əlavə edin. Qaynara düşəndə saxsı qaba tökün və otaq temperaturunda bir gecə saxlayın. Sabahı gün mürəbbəni yenidən qazana tökün, qaynara düşəndən sonra daha 20 dəqiqə qaynadın, hərdənbir qarışdırın. Sterilizə olunmuş bankalara tökün, soyuyandan sonra ağzını qapaqla bağlayıb soyuq yerə qoyun.

    Üçüncü üsul

    Tərkibi:

    1,5 kq kivi
    1 kq şəkər tozu
    1 ç.q. limon şirəsi (1 ç.q. limon turşusu)

    Kivini yuyub qabığını təmizləyin. Doğrayın. Qazana yığıb limon turşusu və ya limon şirəsi əlavə edin. Qarışdırıb zəif odda bişirin. Lət tam bişəndən sonra şəkər tozunu əlavə edib qarışdırın. Qaynara düşəndən sonra 15-20 dəqiqə bişirin. Bankalara töküb ağzını bağlayın.

    Nuş olsun!
#03.08.2011 09:37 0 0 0
  • ben bu receli yemishim deyishik bir tat ve tarifini verdiyiniz icin teshekkurler.
#21.08.2011 17:55 0 0 0
  • Saolasan canım...
#21.08.2011 19:37 0 0 0