Atəş üç nəfərin bədənini yandırmaz; ərinə itaət edən qadının, ərinin çətinlikdə və yoxsul olan vaxtında səbr edən qadının və valideynlərinə yaxşılıq edən kəsin.Həzrəti Məhəmməd s.a.s
Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. Yəni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə və geridə qalmışlığına səbəb olar.
Əhməd ibn Hənbəl deyir ki, İmam Sadiqdən (ə) soruşdum: "İnsan üçün ən üstün xüsusiyyət nədir?" Buyurdu: "Heç bir qorxunun əmələ gəlməsinə yol verməyən vüqar və böyüklük, əvəzinin intizarı olunmayan səxavət və bəxşiş və qeyri-dünyəvi işləri yerinə yetirmək üçün çalışmaq. (Yəni, insanın əsas məqsədi, hətta dünya işlərində də o biri aləmin xoşbəxtliyini təmin etmək olmalıdır.)
İmam Məhəmməd Baqir (ə) buyurub: "Bəndə həmişə üç şeyin arasındadır; bəla, qəza və qədər və nemətin. Allah tərəfindən gələn bəla müqabilində səbr etmək, qəza və qədər müqabilində təslim olmaq və nemət qarşısında isə şükr etmək vacibdir."
Həzrət Riza (ə) buyurub: "İnsan üçün onun həyatının üç ən qorxulu anı var. Biri doğulan vaxt gözünü dünyaya açdığı zaman, digəri ölən vaxt o biri aləmin varlıqlarını görən zaman, üçüncüsü isə Qiyamət günü qəbirdən qalxıb yeni səhnələr müşahidə etdiyi zaman. Allah-təala Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: "Salam olsun ona doğulduğu gün, ölüm zamanı və (Qiyamət günü yenidən) diriləcəyi zaman." Eyni zamanda bu üç mərhələdə İsa Məsih də (ə) özünə salam göndərərək həmin dəhşətli anlardan ötrü özünə təskinlik vermişdir: "Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və bir də dirilib ayağa qalxacağım gün."
Əbu Malik deyir: "Bir gün həzrət Səccada (ə) ərz edib dedim: " Dinin bütün proqramlarını bəyan edin!" Buyurdu: "Haq söz danışmaq, ədalətli hökm vermək, əhd-peymana vəfa etmək dinin bütün proqramlarının əvvəlidir."
Peyğəmbər (s) buyurub: "Hər kəsə üç şey verilibsə ona hər iki dünyanın xeyri verilib; Allahın qəza və qədərinə razı olmaq, bəla zamanı səbirli olmaq və rifah zamanı dua etmək."
Şafeiyə (dörd sünni məzhəbindən birinin imamı) dedilər: "Əli (ə) barəsində nə deyə bilərsən?" Cavab verdi: "Nə deyim o kəsin barəsində ki, üç sifət üç xüsusiyyətlə birgə onun vücudunda cəm olub və heç kəsdə belə bir şey yoxdur; fəqirlik səxavətlə, şücaət əqllə, elm əməllə."
Qadınlar dörd dəstədir: 1. Xeyir-bərəkətlə dolu və üzüçörəkli; 2. Qucağında və qarnında uşağı olan; 3. Ərinə qarşı bədxasiyyət; 4. Əziyyətcil.Həzrəti Məhəmməd s.a.s
Başın qabaq hissəsində ağ tük olması mübarək bir şeydir. Sağ və sol tərəflərdə olması səxavət nişanəsidir. Alının iki tərəfində olması şücaət əlamətidir. Başın dalında olması isə namübarək bir şeydir.Həzrəti Məhəmməd s.a.s
Dörd şey peyğəmbərlərin sünnə və rəftarlarındandır: Ətirlənmək, evlənmək, misvak (dişləri təmizləmək) və həna qoymaq.Həzrəti Məhəmməd s.a.s
Dörd şey səbəb olar ki, insan Qiyamət gününün dəhşətli qorxusundan amanda qalar: Nemət vaxtı şükür etmək, günahdan istiğfar etmək, müsibət və bəla zamanı "inna lillah və inna iləyhi raciun" (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik), ehtiyac və qorxu anlarında Allaha üz tutmaq.Həzrəti Məhəmməd s.a.s
Şafeidən (əhli-sünnənin dörd məzhəbindən birinin imamı) nəql edirlər ki, deyib: "Əli ibn Əbitalibin vücudunda elə fəzilətlər və üstün xüsusiyyətlər cəm olub ki, belə xüsusiyyətlər yalnız barmaqla sayıla biləcək kəslərdə müşahidə olunur. Onun vücudunda elm və əməl öz kamal həddində birləşib. Çox az alim var ki, elmi miqdarında əməli olsun. Həm fəqir həm də kamil səxavətə malik idi. Şücaət və incə qəlbli, zahid və xoş əxlaqlı, iftixarlı və təvazökar idi. Yüksək əsil-nəcabətə malik olub. Bu sifətlər çox nadir insanlarda bir araya gəlib.
İmam Məhəmməd Baqir (ə) oğluna buyurur: "Halsız və biqərar olmaqdan çəkin. Çünki bu iki şey bütün şərlərin açarıdır. Halsızlıq və tənbəlliklə yaxşı və haqq işlər görməyi bacarmazsan. Biqərarlıq və iztirablı halda isə öz vəzifələrini rahatlıq və hövsələ ilə yerinə yetirə bilməzsən."
"Pеyğәmbәr (s) mәnә buyurdu: Еy Fаtimә! Hәr kim sәnә sаlаvаt göndәrsә, Аllаh оnu bаğışlаyаr. Mәn cәnnәtin hаnsı yеrindә оlsаm, оnu mәnә qоvuşdurаr."Xanım Fatimeyi Zəhra (s.ə)