Tarixdə bu gün - 4 avqust

Son güncelleme: 04.08.2011 14:50
  • Tarixdə bu gün - 4 avqust

    noimage

    4 avqust. İlin sonuna 149 gün qalır.

    1693. Fransız keşiş Doi Perinyon şampan şərabının hazırlanması texnologiyasını tapıb
    1914. Alman qoşunu Belçikanı işğal edib
    1918. İstanbuldakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Məmməd Əmin Rəsulzadə xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə 4 avqust tarixli məktubu: "Ermənilər Ənvər Paşaya xəritə və layihə təqdim ediblər. Türkiyədən Sürməlini, Naxçıvanı, Axalkələki, Eçmiadzini, İrəvanı, Azərbaycandan Qazax, Qarabağ, Zəngəzur və Ordubadı, gürcülərdən isə Borçalını tələb edirlər..."
    1922. Türk komandan Ənvər Paşa vəfat edib
    1961. Barak Obama anadan olub
    1962. CAR-lı siyasi lider Nelson Mandela həbs edilib. O, 28 il sonra azadlıq əldə edib
    1982. Fransada homoseksualizmə görə cinayət təqibi ləğv edilib
    1984. Məşhur sovet diktoru Yuri Levitan vəfat edib
    1990. İtalyan avtomobil konstruktoru Ettore Mazerati vəfat edib
    1992. Azərbaycan Respublikası Portuqaliya ilə diplomatik əlaqələr qurub
    1992. Azərbaycan Respublikası Nüvə silahlarının yayılmaması haqqında Saziş (Moskva, Vaşinqton və Londonda qəbul edilmiş 1 iyun 1968) və BMT-nin Qadınların siyasi hüquqları haqqında Konvensiyası (20 dekabr 1952) qoşulub
    1995. NATO və Xorvatiya qoşunu Serbiyaya qarşı "Fırtına" əməliyyatına başlayıb
    1999. Almaniyada əlifba (orfoqrafiya) islahatı başlayıb
    1999. Prezident Heydər Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununu təsdiq edib
    2003. İlham Əliyev Azərbaycan Respublikasının baş naziri təyin edilib. Eyni gündə onun deputatlıq fəaliyyətinə xitam verilib
    2006. Viktor Yanukoviş Ukraynanın baş naziri seçilib
#04.08.2011 14:50 0 0 0