Namaz ilə Orucun bir neçə fərqli vardır və bir-biriləri ilə heç bir əlaqəsi yoxdur. Yəni namazın savabı ayrı, orucun savabı ayrıdır. Onlar arasında fərq bunlardır:
1- Əgər bir şəxsin qəza və ya kəffarə orucu və yaxud nəzr və əhd ilə vacib olan orucu olsa, başqa bir orucu, yəni müstəhəbb orucunu və ya icarə olaraq başqalarının əvəzində oruc tuta bilməz. Lakin, öhdəsində vacib namazlar olan şəxslər müstəhəbbi namazlar, məsələn: gecə namazı, ziyarət namazı və ya ata-ana üçün hədiyyə namazı qıla bilərlər. Amma, bəyənilir ki, vacib namazı öhdəsində olanlar birinci növbədə onları qılsınlar.
2- Qadın xeylağı heyz və nifas halında olduğu zaman tutmadığı orucların gərək qəzasını tutsun. Amma bu halda qılmadıqları namazların qəzasını qılmaq vacib deyil.
3- İnsan gün əsnasında tutduğu orucun niyyətini başqa niyyətə dəyişə bilməz. Məsələn: Ayın əvvəlində tutduğu müstəhəb orucun niyyətini dəyişib deyə ki, ata və ya anamın qəza orucu olsun. Və həmçinin özünə vacib olan bir orucu tutduğu halda günün əsnasında niyyətini başqa bir vacib və ya müstəhəbb oruca dəyişə bilməz.Çünki, insan hər hansı bir orucu başqa bir oruca dəyişə bilməz. Çünki insan hər hansı orucu tutmaqdan ötəri sübh azanından qabaq onu məyyən etməlidir. Lakin, insan günorta azanından qabaq öz vətəninə və ya bir yerə çata ki, orada on gündən artıq qalmaq istəyir, əgər sübh azanından o vaxta qədər orucu batil edən şeylərdən çəkinərək imsak etmiş olsa, belə bir halda caizdir ki, niyyət edərək orucunu tutsun.
4- Orucun namazdan başqa bir fərqli cəhəti də odur ki, əgər insan nəzr edə, məsələn: cümə axşamı mən oruc tuturam. Elə ola ki, nəzr etdiyi cüməaxşamı gılib ayın əvvəlinə (Ramazandan başqa ay) düşə, belə bir halda həm nəzr etdiyi orucunu, həm də ayın əvvəli olduğu üçün müstəhəbb orucunu tutmağı niyyət etsə, hər ikisinin səvabına nail olar.