Beyonce Yeni Filmi Haqqında - Beyonce Yeni Resimleri 2011
Beyonce fanatları üçün onun "4" albomunun hazırlıq prosesinin çəkilişlərini izləmək şansı yaratdı. MTV`da Beyonce "The Year Of 4" sənədli filminin premyerası keçirildi, hansı ki, RnB divanın yaradıclıq səyahətindən bəhs edir.
Böyük miqyaslı "I Am" dünya turnesindən sonra super star studiyaya geri qayıtdı və yeni albom hazırlıqları çox keçmədən başlandı. "4" albomunun buraxılışı 28 iyunda keçirildi, daha sonra albomun hazırlıq prosesi çəkilişlərindən ibarət sənədli film tamaşaçılara təqdim olundu. Bundan əlavə, ilk single "Run the World (Girls)" klipinin alternativ versiyası da çıxdı. "The Year Of 4" filmində B`nin xoreoqrafiya üzərində səylə işləməsi, prodüser; The-Dream, Kanye West və Andre 3000 kimi musiqiçilər ilə iş rejimi , komandası və həyat yoldaşı Jay-Z ilə birlikdə turne səyahəti nümayiş olunur.
Film, ağ-qara fon çəkilişləri ilə başlayır; ilk kadrda sənətçi suda üzür və deyir: "Mən suda olanda xoşbəxt oluram, özümü su pərisi hiss edirəm və ya nə vaxtsa su pərisi olmuşam. . . Okean məni hər zaman böyük olmadığımı hiss etdirir .. Bu sizi sakitləşdirir və sanki mən özümü xaç suyuna salınmış kimi hiss edirəm. Mən əvvəlki Beyonseyəm? ..Sözssüz ki, xeyr".
Beyonce fotosessiya, məşqləri, turne və albom hazırlığı haqqında danışanda xüsusilə qeyd edir:
"Sonuncu turne konsertimdən sonra mən bir az qüvvədən düşmüşdüm və gərgin iş rejimi ilə yüklənmişdim. Anam yanımda olan duaçım idi. . . . " - Bey izah edir.
Beyonce həmçinin filmdə boş vaxtlarında nə ilə məşğul olduğunu da göstərir. O, bu vaxtlarında ailəsi ilə ana və ya xala rolunda vaxt keçirdir: " Mən ailəmlə vaxt keçirtməli olurdum, bacım oğlunu məktəbdən götürürdüm və bu mənə rahat düşünməyə imkan yaradırdı".
Bu günlər ərzində Beyonce biznes sahəsində xüsusi qərar qəbul edir:
Onun atası Mathew Knowles, artıq ona menecer kimi işləməyəcəkdi. Filmdə Beyonce qərarını izah edərkən fanatlar Knowles ailəsinin köhnə videokadrları ilə tanış olacaqdır. Daha sonra fanatlar yenidən Beyonce`nin yeni albom hazırlıqları ilə qarşılaşacaqlar. B deyir: "Mən işgüzaram və mən "Yox" sözünə inanmıram. Əgər mən yatmıramsa, komandamda heç kim yatmır".
Filmin sonluğunda isə Beyonce albom üzərində hazırlıq işlərini; müəllif və prodüserlər ilə görüşü davam edir. Sonda B yenidən suda üzür və deyir:
"Mən səsi batırmağı öyrənirəm. .. Yalnız ürəyimi izləməliyəm. .. Mən öz dünyamı idarə edirəm".