Bolqarıstanda keçirilən "Best model of the world" yarışmasından sonra müsabiqənin prezidenti Erkan Özərman iftar süfrəsi açıb.
İftar yeməyində müsabiqənin ikincisi olan modellər İbrahim Gayberi və azərbaycanlı model Günay Musayeva, "Best model of Europe" mükafatını alan Songül Erol, məşhur aktyor Tolqa Karel və başqaları iştirak edib.
Lent.az-ın "haberturk.com" saytına istinadın verdiyi məlumata görə, "Yaprak dökümü" serialnda Oğuz obrazı ilə tanınan Tolqa Karel tanışlıqlarından üç gün sonra Günay Musayevaya evlənmək təklifi edib. Günay isə ona belə cavab verib: "Səni hələ tanımıram. Məndən müsbət cavab gözləmə".
Bu cavaba baxmayaraq, "həyatımda radikal qərarlar verirəm, hər an evlənə bilərəm", - deyən aktyor model sevgilisinin yanından bir an belə ayrılmır.