Məşhur türk sənətçi səhnədən gedir

Son güncelleme: 05.08.2011 18:10
  • noimage

    Türk rok musiqisinin məşhur isimlərindən olan müğənni və bəstəkar Teoman səhnədən ayrılacağına dair açıqlama verib.

    Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi bu qərarını "teoman.com.tr"də bəyan edib. Teoman açıqlamasında bildirib ki, ya uzun bir müddətlik, ya da böyük ehtimalla həmişəlik musiqini buraxır. O, sentyabrın 3-də Berlində verəcəyi son konsertlə tamaşaçıları ilə vidalaşacaq.


    Sənətçi açıqlamasında bunun səbəblərinə də aydınlıq gətirib və yazını bu cümlə ilə bitirib: "Bu bir hüzn yazısı deyil, bir rahatlama yazısıdır".
#05.08.2011 18:10 0 0 0