Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişdi

Son güncelleme: 05.08.2011 17:55
  • noimage

    Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub.

    APA-nın məlumatına görə, yeni hərbi attaşenin təyinatı ilə bağlı qərar Ali Hərbi Şurada qəbul edilib. Şuranın qərarı ilə general-mayor Yücel Karauz Azərbaycana hərbi attaşe təyin edilib. O, bu postda general-mayor Özhan Ayaşı əvəz edəcək.


    General-mayor Yücel Karauz son olaraq Türkiyə Silahlı Qüvvələrinin 4-cü ordu komandanlığında briqada komandiri vəzifəsində çalışıb.

    Qaynaq:Lent.az
#05.08.2011 17:55 0 0 0