Tarixdə bu gün - 5 avqust

Son güncelleme: 05.08.2011 18:43
  • Tarixdə bu gün - 5 avqust

    noimage

    1850. Fransız yazıçı Gi de Mopassan anadan olub. Yazıçının "Həyat" romanı və əlliyə yaxın hekayəsi Azərbaycan dilinə tərcümə edilib
    1861. ABŞ ordusunda bədən cəzası (şallaq) qadağan edilib
    1895. Görkəmli cərrah Mustafa Topçubaşov anadan olub
    1895. Alman filosof, nəzəriyyəçi Fridrix Engels vəfat edib
    1924. Türkiyədə çoxarvadlılıq ləğv edilib
    1928. Görkəmli coğrafiyaçı Ramazan Tarverdiyev anadan olub
    1930. Amerikalı astronavt Nil Olden Armstronq anadan olub
    1950. Yazıçı Rafiq Tağı anadan olub
    1956. Moskvada Sovet xalqlarının I spartakiadası açılıb
    1962. Burkina-Faso müstəqillik elan edib
    1971. Türkiyə Cin Xalq Respublikasını tanıyıb
    1979. Azəri-Press Agentliyinin (APA) təsisçisi Vüsalə Mahirqızı anadan olub
    1997. Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Müqavilə imzalanıb
    1998. Bolqar kommunist lideri Todor Jivkov vəfat edib. Onun nəvəsi Yevgeniya Jivkova bir müddət AŞPA-nın Azərbaycan üzrə həmməruzəçi olub
    2004. İran İslam Respublikası İxracatın İnkişafı Bankı ilə Azərbaycan Respublikası arasında Bakı-Astara avtomobil yolunun bir hissəsinin maliyyələşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb
#05.08.2011 18:43 0 0 0