Tarixdə bu gün - 6 avqust

Son güncelleme: 06.08.2011 12:06
  • Tarixdə bu gün - 6 avqust

    noimage

    6 avqust. İlin sonuna 147 gün qalır.

    1726. Almaniya və Rusiya Osmanlı dövlətinə qarşı ittifaq bağlayıb
    1825. Boliviya müstəqillik əldə edib
    1890. Nyu-Yorkda elektrik stulunda ilk edam həyata keçirilib. Qatil Vilyam Kemler bu metodla edam edilən ilk insan kimi tarixə düşüb
    1919. İngilis general Tomson Xəzər hərbi donanmasını Denikin könüllülər ordusuna vermək barədə sərəncam imzalayıb
    1945. ABŞ təyyarəsi Yaponiyanın Hiroşima şəhərinə atom bombası atıb. Nəticədə bir gündə 70 000 nəfərdən çox insan həlak olub
    1947. Əfqanıstanın ikinci prezidenti Məhəmməd Nəcibulla (doktor Nəcibulla) anadan olub
    1962. Yamayka müstəqillik elan edib
    1969. Sovetin "Mi 12" vertolyotu 40 ton yükü 2250 metr yüksəyə qaldıraraq dünya rekorduna imza atıb
    1973. Kubalı diktator Fulqensio Batista vəfat edib
    1982. Azərbaycan əsilli türk siyasətçi Səməd Ağaoğlu vəfat edib. O, məşhur ideoloq Əhməd bəy Ağaoğlunun övladıdır.
    2009. Nigeriya piratları göyərtəsində 5 azərbaycanlı olan türk gəmisini ələ keçirib
#06.08.2011 12:06 0 0 0