Tarixdə bu gün - 7 avqust

Son güncelleme: 07.08.2011 21:07
  • Tarixdə bu gün - 7 avqust

    noimage

    7 avqust. İlin sonuna 146 gün qalır.

    1848. İsveç kimyaçısı Yens Yakov Bertselius vəfat edib
    1912. Yaponiya və Rusiya Monqolustan və Mancuriyanı öz nüfuz dairələrinə bölüb
    1930. Rəssam Toğrul Nərimanbəyov anadan olub
    1931. Azərbaycan Respublikasının xalq artisti, baletmeyster Rəfiqə Axundova anadan olub
    1947. SSRİ xalq artisti, estrada müğənnisi Sofiya Rotaru anadan olub
    1960. Fil Dişi Sahili müstəqillik əldə edib
    1966. Vikipediyanın yaradıcısı Cimmi Donal Ueyls anadan olub
    1982. ASALA-nın Ankara aeroportunda törətdiyi terror aktı nəticəsində 7 nəfər həlak olub, 72 nəfər yaralanıb
    1983. Sov İKP MK "Sosialist əmək intizamının möhkəmləndirilməsi haqqında" qərar verib. Bu qərarın ən xarakter əlaməti gündüz saatlarında mağaza, kinoteatr və küçələrdə reydlərin keçirilməsi olub.
    1993. Əlikram Hümbətovun rəhbərliyi ilə Azərbaycanın cənubunda üzdəniraq "Talış Muğan Respublikası" elan edilib. "Respublika hökuməti" İran, Rusiya, Belarus və BMT-yə müraciət edərək "yeni dövləti" tanımağı xahiş edib. Lakin cavab gəlməyib
    1998. Tanzaniya və Keniyada ABŞ səfirliklərinə hücum zamanı 250 nəfər həlak olub, 4000 nəfər yaralanıb
    2008. Şimali Osetiyada qarşıdurma: Gürcüstanla Rusiya arasında "avqust böhranı" başlayıb
#07.08.2011 21:07 0 0 0