Tarixdə bu gün - 8 avqust

Son güncelleme: 09.08.2011 17:10
  • Tarixdə bu gün - 8 avqust

    noimage

    8 avqust. İlin sonuna 145 gün qalır.

    1918. İngilislər Bakıya Ənzəlidən 3 batalyon və bir neçə zirehli texnika gətirib
    1925. Bosniyalı siyasi xadim, filosof Aliyə İzzetbeqoviç anadan olub
    1945. SSRİ Yaponiyaya müharibə elan edib
    1948. Müğənni Akif İslamzadə anadan olub
    1948. Aktyor Rasim Balayev anadan olub
    1948. Sovet kosmonavtı Svetlana Savitskaya anadan olub
    1949. Butan müstəqillik əldə edib
    1949. Türkiyə Avropa Şurasına daxil olub
    1955. Cenevrədə atomdan dinc məqsədlə istifadəyə dair konfrans işə başlayıb
    1956. Belçikada şaxtada baş verən yanğın 263 nəfərin həyatına son qoyub
    1963. İngiltərədə poçt vaqonuna basqın edən 15 nəfərlik dəstə 2.6 milyon funt sterlinq (indiki hesabla 63 milyon dollar) ələ keçirib. Oğurlanan pulları tapmaq mümkün olmayıb
    1974. Uoterqeyt qalmaqalının ardından ABŞ prezidenti Riçard Nikson istefa verib
    1991. Ermənistandakı Azərbaycanlıların sonuncu nümayəndələri - Nüvədi kənd sakinləri öz vətənlərindən qovulub. Beləliklə, ermənilərin "Türksüz Ermənistan" yaratmaq arzusu reallaşıb
    1991. Dünyanın ən hündür tikilisi olan Varşava teleqülləsi çöküb
#09.08.2011 17:10 0 0 0