Tarixdə bu gün - 9 avqust

Son güncelleme: 09.08.2011 17:13
  • Tarixdə bu gün - 9 avqust

    noimage

    9 avqust. İlin sonuna 144 gün qalır.

    1776. İtalyan kimyaçı Amedeo Avoqadro anadan olub. O tarixə suyun kimyəvi formulunu tapan şəxs kimi düşüb
    1928. Türkiyədə ərəb qrafikasından latın qrafikasına keçilib
    1929. Məşhur türk Jurnalist Abdi İpəkçi anadan olub
    1938. Ukraynanın ikinci prezidenti Leonid Kuçma anadan olub
    1945. Yaponiyanın Naqasaki şəhərinə plutonium bombası atılıb. Partlayış bir gündə 74 000 insanın həyatına son qoyub
    1959. Milli qəhrəman Məhəmməd Həsənov anadan olub
    1965. Sinqapur müstəqillik əldə edib
    1971. Hindistan və SSRİ arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb
    1975. Rus bəstəkar Dmitri Şostakoviç vəfat edib
    1979. Tankerin batması nəticəsində 270 000 ton xam neft Karib dənizinə axıb
    2001. Azərbaycanla Belarus arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb
#09.08.2011 17:13 0 0 0