Ayaz Mütəllibovun oğlu dəfn edildi

Son güncelleme: 09.08.2011 17:18
  • noimage

    Avqustun 9-da Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov vida mərasiminin ardından son mənzilə yola salınıb.

    Lent.az-ın məlumatına görə, Yasamal qəbiristanlığında babasının yanında dəfn olunan Azad Mütəllibovun son mənzilə yola salınma mərasimində 200-dən çox adam iştirak edib. Keçmiş prezident də oğlunun dəfn mərasimində iştirak edib.

    Onu da bildirək ki, bu gün Ayaz Mütəllibova başsağlığı verənlər sırasında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və ADP sədri Sərdar Cəlaloğlu da olub.

    Qeyd edək ki, Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra 49 yaşında dünyasını dəyişib.

    Anar GƏRAYLI
#09.08.2011 17:18 0 0 0