Son edilən araşdırmalarda greyfurdun lycopene və liminoids ehtiva etdiyi və bu maddələrin bir çox xərçəng növündən qoruduğu sübut edildi. Həmçinin tərkibində olan naringinin, flavonoitlərin də ağız xərçənginin meydana gəlməsinə mane olaraq şişləri azaltdığı göründü.
Zəngin bir lif qaynağı olan, xolesterolu salan, dəri problemləri ilə diş əti qanamalarına yaxşı təsir edən və maddələr mübadiləsini sürətləndirən greyfurdun faydalarını izah etməklə qurtarmaq olmur.Bu bir sehirli meyvədri sanki.
Maddələr mübadiləsini sürətləndirərək çəki azaltmağa da təsiri var, insulin müqavimətini qırır,yarım iştah idarəsinə köməkçi olur.
Scripps Klinika mütəxəssislərindən Dr. Ken Fujiokanın 100 qadın və kişi üzərində icra etdiyi 12 həftəlik arıqlama araşdırmasında, gündə üç dəfə hər dəfə yarım qreyfrut yeyənlərin, normal yemək vərdişlərini dəyişdirmədən işdən sonra orta hesabla 3 ilə 4 kilo arasında çəki itirdikləri qeyd edildi.