Beyninizin funksiyalarının sağlam çalışmağı üçün bu 5 yeməyi qidalanma proqramınızda hər vaxt saxlayın.
Ağıl və ruh sağlamlığının mərkəzi beyin, ən kiçik bir dəyişmə və əskiklikdən o dəqiqə təsirlənə bilir. Qidalanma da buna daxildir.
Qida və mineral dəyəri aşağı olan yemək sinir sistemini pozar, balıq kimi fosforlu qidalar isə beynin daha yaxşı işləməyini təmin edir.
Beyin üçün faydalı 5 qida:
Somon balığı
Omeqa 3 mənəbyi olan somon kimi soyuq dənizlərdə yaşayan yağlı balıqlar beyni həm qoruyar, həm də bəsləyər.
Omeqa 3, beyin hüceyrələrinin inkişafını da təmin etdiyindən uşaqlara da təklif edilər. Həftədə ən az 2 dəfə somon yemək beyniniz üçün çox faydalı olacaq. Çünki tərkibində olan faydalı yağ beynin təməl tərkibinə təsir edir və inkişafını təmin edir.
Taxıllar
Beyin karbonhidratı çox sevər. Beynin yeməklərlə bədənə alınan enerjinin 20%-ni xərclədiyini də düşünsək yediyimiz yeməklərin əhəmiyyəti bir xeyli artır. Tam taxıllı çörək və yulaf əzməsi ilə günə başlamağınız gün boyunca beyninizin çox yaxşı işini və özünüzü yaxşı hiss etmənizi təmin edəcək.
Kalium
Kalium beynin normal işini davam etdirməyi baxımından çox əhəmiyyətli bir mineraldır. Çünki sinirlərə olduqca çox təsiri var; sinir sistemindəki mesajların çatdırılmasını təmin edər. Kaliumu necə ala bilərəm desəniz; banan, avokado, kivi, əncir, kələm, brokoli, kartof, zeytun, sarımsaq, süd məhsulları və portağal suyunu tövsiyə edərik.
B vitamini
Çox növü olan B vitamini beyin mərkəzi üçün çox əhəmiyyətlidir. Təməl sinir və beyin funksiyalarının düz çalışmağı üçün lazımlı olan B vitamini qidalanma proqramınızda hər vaxt iştirak etməlidir. B vitaminini taxıllar, paxlalılar, süd məhsulları, toyuq və balıqdan ala bilərsiniz.
C vitamini
Güclü bir antioksidantdır. Beynin bulanıqlığına ən yaxşı təsir edən vitamindir. Xüsusilə ağır və yağlı bir yeməkdən sonra C vitamini tövsiyə edilir. Çiyələk, limon, portağal, naringi kimi C vitamini ehtiva edən yeməklər həm beyninizə, həm də ruhunuza çox yaxşı təsir edəcək.