Gündə 8 stəkan və ya daha çox? Əslində hər kəsin içməli su miqdarı fərqlidir. Məşhur sağlamlıq mərkəzi mütəxəssisləri insanların nə vaxt nə qədər su içməli olduğunu açıqlayır..
İçdiyimiz su miqdarını artırmağı üçün bəzi vəziyyətlər söz mövzusudur. Bu vəziyyətlər;
- Fiziki fəaliyyətdə artım
- İsti və rütubətlili hava
- Quru məkanlar və yüksək təzyiq
- Xüsusilə qızdırmalı, qusmalı və digər narahatlıqlar.
Araşdırmalar qadınların 2.7 litr su içməyinin normal olduğunu göstərir. Yediyimiz qidalardan ehtiyacımız olan suyun 20%ni qarşılaya bildiyimiz üçün 2.2 litr su içmək yetərli olur.
Ancaq tamamilə spirtli və kafeinli içkilərdən uzaq dayanmaq lazımdır. Bu cür içkilər bədəndəki hüceyrələrin susuz qalmağına səbəb olur.
"Əsl Sevgi"' Ağrıkəsici Qədər Təsirlidir.
Aşiq olan insanlar problemlərlə də daha yaxşı mübarizə apara bilir.
ABŞ-da Kaliforniya Universitetinin apardığı araşdırmalara görə əsl sevgi, ən güclü ağrı kəsici vəzifəsini edir.
Beləcə əsl sevgisini tapan insanlar daha az ağrı hiss edir.
Araşdırmada 10-u həqiqətən aşiq, 10-u da tək olan 20 adama iynə vuruldu.
İynə vurulan anda sevgililərin fotoşəkillərinə baxan insanların daha az ağrı hiss etdiyi ortaya çıxdı.
Mütəxəssislər aşiq olan insanların problemləri daha yaxşı ortadan qaldıra bildiyini söylədi.