Tarixdə bu gün - 10 avqust

Son güncelleme: 10.08.2011 18:01
  • Tarixdə bu gün - 10 avqust

    noimage

    10 avqust. İlin sonuna 143 gün qalır.

    1634. Sultan IV Murad İrəvan qalasını tutub
    1793. Parisdə Luvr Muzeyi açılıb
    1809. Ekvador müstəqillik elan edib
    1810. İtalyan siyasi xadim Kamillo Kavur anadan olub
    1845. Qazax mütəfəkkir Abay Kunanbayev anadan olub
    1895. Hərbi xadim Cəmşid Naxçıvanski anadan olub
    1903. Paris metrosunun 2-ci xəttində baş verən yanğın nəticəsində 94 nəfər həlak olub. Bu hadisə tarixə ilk metro qəzası kimi düşüb
    1904. Yapon qoşunu Port Arturda rus ordusunu darmadağın edib
    1913. Azərbaycan xalq rəssamı Kazım Kazımzadə anadan olub
    1913. İkinci Balkan müharibəsi Buxarest sülhü ilə başa çatıb
    1949. Müğənni Qəndab Quliyeva anadan olub
    1960. İspan aktyor Antonio Banderas anadan olub
    1975. Türk futbolçu İlhan Mansız anadan olub
    1990. "Magellan" kosmik aparatı Venera səthinə enib
    1990. Ermənilər Xanlar (indiki Göygöl) rayonu ərazisində Tiflis-Ağdam avtobusunda terror aktı törədib. Nəticədə 17 insan həlak olub və 15 nəfər yaralanıb
    2009. Litva prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfərə gəlib
    2009. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına terror və donuz qripi təhlükəsi ilə əlaqədar olaraq İndoneziyaya getməməyi tövsiyə edib.
#10.08.2011 18:01 0 0 0