Tarixdə bu gün - 11 avqust

Son güncelleme: 12.08.2011 01:09
  • Tarixdə bu gün - 11 avqust

    noimage

    11 avqust. İlin sonuna 142 gün qalır.

    1473. Ağqoyunlu Uzun Həsənin qoşunu ilə Osmanlı hökmdarı Fatih Sultan Mehmedin qoşunu arasında Otluqbeli döyüşündə (Ərzincan) Uzun Həsən məğlub olub
    1818. Rus ixtiraçı İvan Kulıbin anadan olub
    1919. ADR parlamenti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib
    1920. Sovet Rusiyası və Litva arasında Riqa sazişi imzalanıb. Sazişə əsasən Rusiya bu ölkənin müstəqilliyini tanıyıb
    1922. Azərbaycan SSR MİK sədri Səməd ağa Ağamalıoğlu Leninlə görüşündə yeni əlifbaya keçmək sahəsində görülən tədbirlər, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumat verib
    1929. İran və İraq arasında dostluq sazişi imzalanıb
    1954. Vyetnam və Fransa arasında sülh sazişi imzalanıb
    1959. Moskvanın Şeremetyevo aeroportu istismara verilib
    1960. Çad müstəqilliyini elan edib
    1973. Şair Zeynal Xəlil vəfat edib
    1992. Ankarada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq və məsləhətləşmələr haqqında Protokol imzalanıb
    1993. Ramil Usubov Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin edilib
    1999. 20-ci əsrdə sonuncu dəfə tam Günəş tutulması baş verib. Tutulma Azərbaycan ərazisində də aydın müşahidə olunub
#12.08.2011 01:09 0 0 0