Gözlərinizin cazibərdarlığına diqqət edin

Son güncelleme: 12.08.2011 11:03
  • Gözler - Gözlere quluq - Cazibedar gözler - Gözler haqqında


    noimage


    Göz qapağınızın dərisi çox incədir.
    Bu səbəbdən də göz qapağınızın təmizliyində yağlı krem istifadə etmək yerinə tonik
    istifadə edin və daha sonra gül suyuna batırılmış pambıqla gözlərinizə 10
    dəqiqə kompres edin. Makiyajınızı təmizləyərkən gözlərinizə zərər verməyin.

    Göz ətrafı qırışıqlığlar üçün
    Bir qaşıq yaş maya, 1 çay qaşığ süd, 1 çay qaşığı alma suyu və 1 çay qaşığı balı
    yaxşıca qarışdırıb göz ətrafınıza barmaq uclarınızla yeridərək yayın. 20 dəqiqə
    gözlədikdən sonra dərinizi ilıq su ilə yuyun. (Həftədə bir dəfə tətbiq edə bilərsiniz)

    Göz vannası
    Cökə vannası: Gözlərinizi bağlayacaq qədər təmiz bir bez və ya tənzifə isti cökə suyunda
    bir müddət saxlayıb sıxın və gözlərinizin üstünə qoyub parlaq işıqlı bir otaqda beliniz üstə
    uzanın. Soyuyana qədər gözlərinizin üstündə saxlayın.
    Daha sonra yumşaq bir dəsmal ilə silin.

    Kölgə vannası: Əllərinizi bir-birinə sürtərək yaxşıca istilədin.
    Gözlərinizi bağlayın və əllərinizi gözlərinizin üzərinə qoyub 30 saniyə gözləyin.
    Daha sonra əllərinizi gözlərinizdən çəkin. Gözlərinizi açmadan 30 saniyə daha
    gözləyib gözlərinizi açın bu hərəkəti 5 dəfə təkrarlayın
#12.08.2011 11:03 0 0 0