Tarixdə bu gün - 13 avqust

Son güncelleme: 13.08.2011 15:39
  • Tarixdə bu gün - 13 avqust

    noimage

    13 avqust. İlin sonuna 140 gün qalır.

    1814. İsveçli fizik Andre Angstrem anadan olub. Dalğa uzunluğunun ölçü vahidi Anqstrem (A) onun şərəfinə adlandırılıb
    1863. Fransız romantik rəssam Öjen Delakrua vəfat edib
    1902. Alman mühəndis, mühərrik konstruktoru Feliks Vankel anadan olub
    1905. Norveç və İsveç arasındakı ittifaq referendum yolu ilə ləğv edilib
    1921. Əməkdar mədəniyyət işçisi Nərmin Tahirzadə anadan olub
    1923. Mustafa Kamal (Atatürk) Türkiyə Böyük Millət Məclisinin sədri seçilib
    1926. Kuba lideri Fidel Kastro anadan olub
    1957. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı anadan olub
    1961. Berlin divarının inşasına başlanıb
    1962. Müğənni Şəbnəm Tapdıqova anadan olub
    1990. SSRİ prezidenti Qorbaçov "Repressiya qurbanlarının hüquqlarının bərpası haqqında" fərman verib
    2001. Daşqın Gülməmmədov Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası (GAJF) sədri seçilib
    2004. Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb
    2007. Azərbaycan və Tacikistan arasında Birgə Bəyannamə imzalanıb
    2009. Kinorejissor Rüstəm İbrahimbəyov fransız həmkarı Rişar Martenlə birgə film çəkilişinə başlayıb
#13.08.2011 15:39 0 0 0