Narahat ayaqlar - Ayaqlar haqqında - Narahat ayaqlar sindromu nədir?
Ayaqların qeyri-ixtiyari, idarəolunmaz hərəkəti yetərincə xoşagəlməz xəstəlikdir
Tez-tez özünüzdən asılı olmadan ayaqlarınızı yelləyir, yaxud ayağınızla ritm tutursunuz? Və ya başqaları bunu edəndə diqqət yetirirsinizmi? Yəqin ki, bütün bunların əsəbdən olduğunu düşünübsümüz.
Əsəblərin nə günahı?
Burada əsəblik heç nə yoxdur. Ayaqların qeyri-ixtiyari, idarəolunmaz hərəkəti yetərincə xoşagəlməz xəstəlikdir. O elə belə də adlanır: narahat ayaqlar sindromu (NAS). O, əsasən, kişiləri daha çox narahat edir - bu sarıdan rahatsızlıq keçirənlərin 90 %-i onlardır. Onu onlarla başqa səbəblər də törədə bilər: endarterit, radikulit, böyrəkdə çatışmazlıq, onurğa beyninin xəstəliyi (zədələnməsi) və digər çoxlu digər xəstəliklər. Buna görə də heç kim NAS-dan sığortalanmayıb. Statistikaya görə, ümumən planet əhalisinin 15%-i bu xəstəlikdən əziyyət çəkir.
NAS-ın simptomları yetərincə xarakterikdir - onları heç nəylə qarışdırmaq olmaz. Bunlar:
- ayaqlarda sanki "qarışqa yerişi"nin duyulması;
- əzələlərin zəif elektrik cərəyanının vurduğu kimi titrəməsi;
- baldırlarda ağrı;
- oynaqlarda istilik;
- sanki dərinin altinda nəyinsə qımıldanmasıdır.
Ən xoşagəlməz sadə simptom isə daim gəzişmək, qaçmaq, ayaqlarla hərəkət etmək istəyidir. Nə qədər ki gündüzlər hərəkət edirsən, hər şey yaxşı olur, xoşagəlməz duyumlar adamı narahat etmir. NAS öz qurbanlarını daha çox gecələr - təxminən, saat 3-4-ə qədər narahat edir.
Narahat Ayaqlar Sindromu - birbaşa yuxusuzluq və nevroza aparan yoldur: mürgüləmək çətindir, sadəcə, qeyri-mümkündür. Elə xanımınız da qaşqabaq tökəcək və çox güman ki, "gecə fərarisi"ni tezliklə qonşu çarpayıya "köçürəcək": əgər kimsə onun böyründə bütün gecəni ayaqları ilə eşələnirsə, necə yuxulamaq olar? Ayaq "azarı"nı səngitmək üçün bir neçə sadə və effektli tövsiyə:
- Başınızı nə iləsə qatın! Yuxuqabağı krossvordlar yazın, oğlunuzun dərslərinə nəzarət edin, bir-iki oyun domino və ya şahmat oynayın, kompüter oyunları ilə məşğul olun. Müşahidələrə görə, intellektual gərginlik NAS-ın təzahürünü azaldır.
- Gündə bir-iki dəfə (ikindi çağı) dizdən topuğa qızarana qədər ovuşdurun.
- Yuxudan qabaq çox isti, ya da çox soyuq (baxar, kimə hansı xeyirlidir) ayaq vannası qəbul edin.
Ola bilər ki, bütün cəhdlərə baxmayaraq, ayaqlar sakitləşmək istəməz. Bu zaman həkimə üz tutmaq lazım gələcək. Hazırda çox ağır, hətta bərbad NAS halları dava-dərmanla uğurla müalicə olunur. Mənfur sindromla mübarizədə qıcolma əleyhinə həblər, yüngül trankvilizatorlar və foli turşularından və s. istifadə olunur.