Tarixdə bu gün - 14 avqust

Son güncelleme: 14.08.2011 22:26
  • Tarixdə bu gün - 14 avqust

    noimage

    14 avqust. İlin sonuna 139 gün qalır.

    1064. Alp Arslanın qoşunu Ani vilayətini (indiki Gürcüstan ərazisində) tutub
    1893. Dünyada ilk dəfə Fransada avtomobillərə nömrə nişanı tətbiq edilib
    1935. ABŞ-da sosial sığorta sistemi tətbiq edilib
    1941. Ədəbiyyatşünas Atababa Musaxanlı həlak olub
    1943. Kazanda Kurçatovun rəhbərliyi ilə nüvə tədqiqatları institutu yaradılıb
    1947. Pakistan müstəqillik əldə edib
    1957. Xanəndə Alim Qasımov anadan olub
    1971. Bəhreyn müstəqillik əldə edib
    1980. Polşada "Həmrəylik" həmkarlar ittifaqı təsis edilib
    1982. Coğrafiyaçı Əli Hüseynzadə vəfat edib
    1992. Prezident Yeltsin Rusiyada çeklə özəlləşdirmənin başlamasına dair fərman verib
    2003. Kanada və ABŞ elektrik şəbəkəsində qəza nəticəsində 50 milyon insan 30 dəqiqə elektriksiz qalıb, dövlətə 6 milyard dollar ziyan dəyib
    2006. Hafiz Paşayev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib
    2006. Azərbaycan və Almaniya arasında Maliyyə Əməkdaşlığı haqqında Saziş imzalanıb
#14.08.2011 22:26 0 0 0