Xəyalım şeri - Şerler - Mensur şerler - Sevgi yazısı - Alıntı şer
Keçər aylar,keçər illər.
Yay yazı,qış payızı əvəzlər.
Bəs səni kim əvəzlər ?
Evim soyuq,yataq soyuq.
Bir qəlb isti orda sən.
Çağırsam gələrmisən?
Qara saçlar ağarar,qırış düşər üzümə.
Sən də yoxsan yanımda,de kim gülər üzümə?
Bir bədəndə iki candım.
Sən də getdin mən tək qaldım.
Səni sevdim,səni andım.
Mən bu yaşda yetim qaldım?
Olsa idi qanadım hey uçardım yanına,
Lap dünyanın o başına.
Mən tək qaldım indi gülüm,kim dolanar başıma?
Əzizim...
Xəyal qurdum xəyalınla mən danışdım səhər axşam
Çox öyrəşdim xəyalına röyadayam bir an sandım.
Danışmaq istədim sənə röyadakı xəyalından,
Qorxdum gerçək olmaz röyam,mən ayrılam xəyalından...
Şer alıntı...