Qış da gəldi vəd etdiyi zamanda
Gözlətmədi qar da, qış da, duman da
Bir də dönüb gəlməyinə baxanda
Dönə bilmir boynum sən gələn yola
Xəyalımda yenə sənlə qol qola...
Basdırdım arzular yanında diləy
Yel kimi sovurdu yox etdi küləy
Keçmiş qədər incitmir ki, heç bir şey
Qorxuram ki, sevgin gözümdə sola
Xəyalımda yenə sənlə qol qola
Tab gətirmir artıq qəlbim bu dərdə
Hər gün qaranlıqda, hər gecə sərdə
Gözümün yaşını sildiyim yerdə
Kaş ki keçmiş bir qələmdə yox ola
Yuxumda da yenə sənlə qol qola
Düşünürəm yaşanmışlar yalanmış?
Keçmiş təkcə qəlbə dərdi salanmış
Külək uddu ocağımı qalanmış
Sovurdu məni bir sağa, bir sola
Yuxumda da yenə sənlə qol qola
Axtarmıram artıq keçmiş günləri
Başqa vicudlarda eyni sənləri
ALLAH ayırmasın çox sevənləri
Ömrü yaşasınlar qoy doya doya
Olmam artıq bir də sənlə qol qola