Elə

Son güncelleme:
  • Sən elə gələndən yol üstündəsən,
    Sən elə gələndən gedirsən elə...
    Ağzımda titrəyən dilimdin,nəsə,
    Görəndən,biləndən gedirsən elə...

    Gedirsən,başına atıb səsini,
    Nəsini sevmədin,axı,nəsini?..
    İstəsən, son anda son nəfəsini,
    Səninlə böləndən gedirsən elə...

    Qalıb da,çəkdiyim ah olasısan,
    Elə, gah olmayıb,gah olasısan...
    Get görək,kimlərə şah olasısan,
    Qulundan,köləndən gedirsən elə...

    Ətrafa saçmağa şölən tapılar,
    Tapılar,üzünə gülən tapılar.
    Çətin ki,səninçün ölən tapılar,
    Səninçün öləndən gedirsən elə..

    alıntı
0 0 0